MƏDƏNİYYƏT


Yunanıstanda 28 May - Respublika Günü münasibətilə xeyriyyə konserti keçirilib

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Afinanın nüfuzlu Meqaron Konsert Zalında “Emil, Ənvər və Dostları” caz qrupunun iştirakı ilə etnocaz xeyriyyə konserti təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, konsertdə Yunanıstanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Caz qrupunun ifası dinləyicilər tərəfindən maraqla qarşılanıb. Konsertdən əldə olunan gəlir “SOS Villages” Uşaq Xeyriyyə Cəmiyyətinə təqdim ediləcək.

Həmçinin mayın 29-da səfirlik tərəfindən rəsmi qəbul təşkil edilib. Yunanıstanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin, dövlət nümayəndələrinin, elm xadimlərinin, iş adamlarının, diaspor və KİV təmsilçilərinin iştirak etdikləri qəbulda Azərbaycan musiqisi səsləndirilib.

Qeyd edək ki, “Emil, Ənvər və Dostları” caz qrupu mayın 28-də “17-ci Afina Texnopolis Caz Festivalında da çıxış edib. Qrupda Emil Əfrasiyab (piano), Ənvər Sadıqov (akkordeon), Ələkbər Ələkbərov (tar), İsgəndər Ələsgərov (vurğu alətləri) və Elcan Cəbrayılov (bas gitara) ifa ediblər. Musiqiçilərimizin çıxışı böyük tamaşaçı marağı doğuran ifalardan biri olub.

Keçirilmiş tədbirlər yerli televiziya və radio kanallarında, həmçinin elektron KİV-lərdə geniş işıqlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.