MƏDƏNİYYƏT


Yunanıstanda “Azərbaycan karikaturası” adlı beynəlxalq sərgi təşkil olunub

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Bu ilin iyul ayında Yunanıstanın Livadi şəhəri yaxınlığında yerləşən Lafistio kəndində “Azərbaycan karikaturası” adlı beynəlxalq sərgi təşkil olunub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin dəstəyi ilə təşkil edilmiş karikatura sərgisi qədim və zəngin tarixi olan Lafistioda, Yunanıstanın ilk və yeganə karikatura muzey-sərgi kompleksində keçirilib.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən AZƏRTAC-a verilən məlumata görə, sərgidə müxtəlif dövrlərdə çalışmış Azərbaycan karikaturaçı rəssamlarının 100-dən artıq əsəri nümayiş olunub. XV əsrdən müasir dövrümüzə qədər ölkəmizin ictimai-siyasi həyatını özündə əks etdirən beynəlxalq sərgidə karikaturasevərlərə zəngin ənənələrə malik Azərbaycan karikatura tarixi haqqında da geniş məlumat verilib.

Sərgidə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin müəllifi olduğu “Dünya karikaturası”, “Rəssam və karikatura” və digər kitabları karikatura muzeyinə və sərginin qonaqlarına hədiyyə edilib.

Bir ay davam edəcək beynəlxalq sərgidə xarici həmkarlarımız, karikaturasevərlər, qonaqlar Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, bir əsrdən artıq karikatura tarixi haqqında tam məlumat əldə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.