Yunanıstanda Saloniki limanının satışı barədə saziş imzalanıb
Afina, 22 dekabr, AZƏRTAC
Yunanıstanın Özəlləşdirmə Fondunun məlumatına əsasən, Saloniki portunun 67 faizi 231,926 milyon avro qiymətinə tenderi qazanan “Deutsche Invest Equity Partners GmbH”, “Belterra Investments Ltd” və “Terminal Link SAS” konsorsiumu tərəfindən yaradılan “South Europe Gateway Thessaloniki Limited” şirkəti tərəfindən alınıb.
AZƏRTAC xəbər verir ki, saziş ölkənin Hesablama Palatası tərəfindən ratifikasiya olunub, Yunanıstanın Rəqabət Komissiyası tərəfindən imzalanması gözlənilir. Eyni zamanda, saziş parlament tərəfindən ratifikasiya olunmalıdır. Müqavilənin 2018-ci ilin birinci rübündə qüvvəyə minməsi gözlənilir. Müqaviləyə görə, 231,926 milyon avrodan əlavə limana yeddi il ərzində 180 milyon avro sərmayə qoyulmalıdır.
Qeyd edək ki, Saloniki limanının satılması ilə bağlı beynəlxalq tender 2014-ci ilin aprelində elan edilib. İkinci tura keçən şirkətlər arasında Rusiyanın dəmir yolları olsalar da son məqamda onlar bu fikirdən daşındılar və 2051-ci ilə kimi limanın 67 faizini istifadə hüququnu tenderdə “South Europe Gateway Thessaloniki Limited” şirkəti qazanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]