DÜNYA


Yunanıstanda gəzinti gəmiləri toqquşub, həlak olanlar var

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Yunanıstanda iki gəzinti gəmisinin toqquşması nəticəsində azı 3 nəfər həlak olub.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, faciə Afinadan 30 kilometr cənub-qərbdə, Egina adası yaxınlığında baş verib.

Hadisə nəticəsində, həmçinin 3 nəfərin də xəsarət aldığı bildirilir. Ümumilikdə isə gəmilərdə - kater və sürət gəmisində təxminən 20 nəfərə qədər sərnişin olub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.