CƏMİYYƏT


Yunanıstanda keçirilən “Dionda Olimpiya” beynəlxalq tədbirində “Xeyir və Şər” tamaşası nümayiş etdirilib

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri işə başlayıb. Tədbirdə Yunanıstan, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və Azərbaycanın gənclərdən ibarət teatr truppaları iştirak edir.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirə nazirliyin təşkilatçılığı ilə 16 nəfərdən ibarət nümayəndə heyəti qatılıb.

Şagird, tələbə və böyük hissəsi Gənc Tamaşaçılar Teatrının aktyorlarından ibarət olan heyət Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası ilə çıxış edib. Tamaşa XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında gözəllərdən birinin söylədiyi “Xeyir və Şər” nağılının əsasında hazırlanıb.

Qeyd edək ki, tamaşanın rejissoru respublikanın Əməkdar Artisti Nicat Kazımovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.