DÜNYA


Yunanıstanda məktəblilərin olduğu avtobus aşıb, 14 nəfər xəsarət alıb

Afina, 26 may, AZƏRTAC

Yunanıstanın şimalında içində 40 sərnişinin, o cümlədən müəllim və şagirdlərin olduğu avtobus qəza törədib. On dörd nəfər müxtəlif növ xəsarət alıb.

Məktəbliləri Aleksandropolis şəhərinə ekskursiyaya aparan avtobusun sürücüsü qarşısına çıxan yük maşını ilə toqquşmaqdan yayınmağa çalışarkən avtobus aşıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Yük maşının sürücüsü hadisə yerindən qaçıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.