DÜNYA


Yunanıstanda zəlzələ vahiməsi yaşayan türkiyəli turistlər təxliyə olunublar

İstanbul, 22 iyul, АZƏRTAC

İyulun 21-də gecə saatları Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı Yunanıstanın İstanköy adasında olan Türkiyə vətəndaşları bu ərazidən təxliyə olunublar.

Rəsmi məlumata görə, adada istirahətdə olan 292 türkiyəli turist artıq Bodrum şəhərinə gətirilib. Turistlərin vətənə gəmilərlə daşındığı bildirilir. Ölkə KİV-lərinin məlumatına görə, onlar zəlzələni böyük vahimə ilə qarsalayıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.