SİYASƏT


Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik  fəaliyyəti başa çatır

Bakı, 28 iyul, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir Dimitrios Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzu edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.