DÜNYA
Yunanıstanın Baş naziri İrana səfər edib
Tehran, 8 fevral, AZƏRTAC
Yunanıstanın Baş naziri Aleksis Tsipras İrana səfər edib.
Səfərini İsfahan şəhərindən başlayan Baş nazir Tehran yaxınlığındakı Pərdis Texnologiya Parkı ilə tanış olub.
Fevralın 8-də İranın birinci vitse-prezidenti ilə görüşən Yunanıstanın Baş naziri bildirib ki, rəsmi Afina bütün sahələrdə Tehranla əməkdaşlıq etmək niyyətindədir.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Aleksis Tsipras İranın Ali Lideri Əli Xamneyi və Prezident Həsən Ruhani ilə də görüşəcək. Görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu məsələləri ilə yanaşı, regional təhlükəsizlik problemi də müzakirə olunacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran