DÜNYA


Yunanıstanın Kitira adasındakı yanğını üç gündür söndürmək mümkün olmur

Bakı, 7 avqust, AZƏRTAC

Yunanıstanın Kitira adasında 3 gündür ki, güclü yanğın tüğyan edir. Ərazinin 1/3-i yanıb, vəziyyət nəzarətdən çıxıb. Adada fövqəladə vəziyyət elan olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, avqustun 5-də alovu nəzarət altına almaq mümkün olsa da, bir qədər sonra bir çox yerdə yenidən sürətlə yayılmağa başlayıb. Avqustun 6-da hökumət orqanları Mirtidion monastırını təxliyə etmək məcburiyyətində qalıb.

Mütəxəssislər yanğının ekoloji faciəyə səbəb olacağından ehtiyat edirlər. Belə ki, adada 1,5 min hektar meşə zonası yanaraq kül olub. Kitira adasının meri Evstratios Xarxalakis yanğının qəsdən törədilməsi faktını inkar etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.