DÜNYA


Yunanıstanın ən böyük limanından qaçqınlar köçürülüb

A+ A

Afina, 1 avqust, AZƏRTAC

Yunanıstanın ən böyük Pireyin limanı ərazisində antisanitariya şəraitində yaşayan qaçqınlar digər məntəqələrə köçürülüb. Yunanıstan hökuməti bir neçə ay ərzində qaçqınları digər məntəqələrə köçürmək istəməsinə baxmayaraq, buna nail ola bilmirdi. Limanda 6 minə qədər müxtəlif millətli qaçqınlar yaşayırdı və onların aralarında tez-tez münaqişələr baş verirdi. Liman demək olar ki, tam boşaldılıb.

Yunanıstanda ümumiyyətlə 57 min qaçqın qeydiyyatdan keçib. Avropa İttifaqının “Frontex” agentliyinin məlumatına əsasən, keçən il Aİ ölkələrinə 1,8 milyon qaçqın üz tutub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.