DÜNYA


Yunanıstanın hava limanlarında sərnişinlərdən tutulan vergi artırılacaq

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Yunanıstanın hava limanlarındakı infrastrukturu maliyyələşdirmək məqsədilə sərnişinlərdən tutulan verginin məbləği ilkin mərhələdə 13 avroya qədər artırılacaq.

AZƏRTAC «vergiler.az” saytına istinadla bildirir ki, Yunanıstandakı 14 hava limanından 11-nin modernləşdirilməsini Almaniyaya məxsus operator şirkət – “Fraport” həyata keçirəcək.

Modernləşdirmə üçün investisiyaların isə dörd il ərzində hər bir sərnişindən tutulacaq vergi hesabına yatırılması nəzərdə tutulub.

Son ehtimallara görə, bu verginin məbləğinin gələn ildən 18 avroya qədər artırılacağı istisna deyil. Turizm şirkətlərindən birinin icraçı direktoru Kris Rayt deyib ki, bu, turistlərin istirahət üçün xərclədikləri məbləğlə müqayisədə çox kiçik rəqəmdir. “Düşünürəm ki, bizim müştərilərimiz onlardan yığılan əlavə vəsaitlərin həqiqətən də Yunanıstanın hava limanlarındakı infrastrukturun təkmilləşdirilməsi üçün xərclənməsinə ciddi etiraz eləməzlər,”-deyə, K.Rayt vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.