DÜNYA


Yunanıstanın sabiq Baş nazirinin avtomobilində partlayış nəticəsində 4 nəfər yaralanıb

Afina, 25 may, AZƏRTAC

Yunanıstanın sabiq Baş naziri Lukas Papadimosun avtomobilində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb. Papadimos xəstəxanadadır. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir. Polisin məlumatına görə, avtomobildə minalanmış paket partlayıb. Sabiq Baş naziri müşayiət edən 3 nəfər də yaralanıb.

Newsit.gr xəbər verir ki, hadisə terror aktı ola bilər. Partlayış sabiq Baş nazirin hansısa paketi açdığı zaman baş verib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.