İDMAN


Yüngül atletika üzrə Rusiyanın yığması Pekin Olimpiadasındakı qızıl medaldan məhrum edilib

A+ A

Bakı, 17 avqust, AZƏRTAC 

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın yüngül atletika üzrə yığma komandasını 2008-ci il Pekin Olimpiadasında qazandığı qızıl medaldan məhrum edib.

AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, buna həmin Olimpiadada 4x100 metr məsafəyə qaçış yarışında mübarizə aparan Yuliya Çermoşanskayanın dopinq-testinin nəticələri səbəb olub. Həmin yarışda Y.Çermoşanskaya ilə birlikdə Yevgeniya Polyakova, Aleksandra Fedoriva və Yuliya Quşina da çıxış ediblər.

Bu gündən Rusiyanın 4x100 metr məsafəyə qaçış üzrə yığma komandası rəsmi olaraq diskvalifikasiya edilib. Həmin vaxt sonrakı yerləri Belçika, Nigeriya və Braziliya komandaları tutmuşdular. Rusiya Olimpiya Komitəsindən qızıl medalları qısa vaxtda geri qaytarmaq tələb olunur.

Qeyd edək ki, Pekin Olimpiadasında Rusiya idmançıları ümumilikdə 73 medal (23 qızıl, 21 gümüş və 29 bürünc) qazanmışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.