MƏDƏNİYYƏT


“Yurdumuz” kitabının beşinci nəşri işıq üzü görüb

A+ A

Bakı, 20 sentyabr, Z.Mansurova, AZƏRTAC

Yazıçı-publisist Fariz Turanın “Yurdumuz” kitabının beşinci nəşri işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərovdur. Alim yazır: “Qazax-Ağstafa rayonlarına həsr edilmiş, müxtəlif mövzularla, toponimlərlə, görkəmli şəxsiyyətlərlə əhatə olunmuş bu kitabı əvvəlki dörd nəşrdən ibarət olan “Doğma eldən başlanır Vətən” kitabının davamı kimi qəbul etmək lazımdır. Doğma el-oba, yurd haqqında yazılan hər bir kitab indiki və gələcək nəsillər üçün gərəkli məlumat vasitəsidir, həm də hər zaman üçün aktuallığını saxlayır”.

Kitabda ölkəmizin “qərb qapısı” adlandırılan Qazax mahalının tarixi şəxsiyyətləri, görməli yerləri, qədim abidələri, qəhrəmanları haqqında məlumatlar öz əksini tapıb. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, Mirvarid Dilbazi kimi tanınmış şəxsiyyətlərlə yanaşı, sənətdə yeni addımların atan sənət adamları haqqında da qısa-lakonik məlumatlar yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.