MƏDƏNİYYƏT


Yusif Eyvazov Veronada opera festivalında iştirak edəcək

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 23-dən avqustun 26-dək İtaliyanın Verona şəhərində opera festivalı (Arena di Verona Opera Festival) keçiriləcək. Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov festivalda iştirak edəcək.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, Yusif Eyvazov (tenor) iyulun 9-da və 11-də Cüzeppe Verdinin “Aida” operasında Radamesin partiyasını ifa edəcək. O, bu obrazı avqustun 22-də və 25-də isə Zalsburq festivalında canlandıracaq. Zalsburq festivalında “Aida” operasında baş qəhrəmanı Rusiyanın Xalq Artisti, beynəlxalq mükafatlar laureatı Anna Netrebko ifa edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.