İDMAN


Yusuf Dikeç: İslamiada mübarizənin gərginliyinə və baxımlılığına görə dünya çempionatından heç də geri qalmır

Bakı, 17 may, Əziz Məmmədov, AZƏRTAC

Bütün idmançılar IV İslam Həmrəyliyi Oyunlarına əsaslı şəkildə hazırlaşıblar. Heç kəs İslamiadada yalnız iştirak etməklə kifayətlənmək istəmir. Hətta təsnifat mərhələsində də aşkar autsayderlər yox idi. İslamiada mübarizənin gərginliyinə və baxımlılığına görə dünya çempionatından heç də geri qalmır.

Kişilər arasında atıcılıq üzrə “Bakı-2017” yarışlarının çempionu və gümüş mükafatçısı, türkiyəli idmançı Yusuf Dikeç bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Hazırkı dünya çempionu İslamiadanın təşkili barədə təəssüratlarını da bölüşüb. Y.Dikeç deyib: “Azərbaycan paytaxtına üçüncü dəfədir ki, gəlmişəm. Bilirəm ki, Bakıya sevigisini etiraf edən birinci qonaq deyiləm. Azərbaycanlılar çox mehriban və səmimi insanlardır. İslamiadanın açılış mərasimində bizim yığmanın necə səmimi qarşılandığını görmək çox xoş idi. Ölkələrimizi çoxillik sıx dostluq telləri bağlayır, azərbaycanlılar arasında mənim də dostlarım çoxdur. Yarış başlanmazdan əvvəl Ruslan Lunyov ilə mən bir-birimizə uğur arzuladıq, finaldan sonra isə mən onun əlini sıxaraq səmimi təbrik etdim. Əlbəttə, heç kəs ikinci olmaq istəmir, lakin bu, bizim dostluq münasibətlərimizə əsla təsir göstərmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.