İDMAN


“Yuventus” Bonuççi ilə müqavilə müddətini uzadıb

Bakı, 20 dekabr, AZƏRTAC

İtaliyanın “Yuventus” klubu futbolçusu Leonardo Bonuççi ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı italiyalı müdafiəçinin müqavilə müddəti 2021-ci il iyunun 30-dək uzadılıb. Yeni sözləşməyə əsasən, L.Bonuççi ilinə 4,5 milyon avro qazanacaq.

Xatırladaq ki, İtaliya millisinin üzvü 2010-cu ildə B seriyasının “Bari” klubundan Turin təmsilçisinə transfer edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.