İDMAN


“Yuventus” klubu icarəyə götürdüyü futbolçu ilə müqavilə imzalayıb

Bakı,23 may, AZƏRTAC

İtaliyanın “Yuventus” klubu İngiltərənin “Çelsi” komandasından icarəyə götürdüyü Xuan Quadradonu heyətinə qatıb.

AZƏRTAC xəbər verir ki, turinlilər kolumbiyalı oyunçunu rənglərinə qatmaq üçün 20 milyon avrolarından keçməli olublar. “Ağ-qara”lar 28 yaşlı hücumçu ilə 2020-ci ilədək müqavilə imzalayıblar.

Daha əvvəl 2009-2015-ci illərdə İtaliyanın “Udineze”, “Leççe”, “Fiorentina” kimi klublarında, yarım mövsüm isə “Çelsi” də çıxış edən Quadrado 2015-2016-cı il mövsümünün əvvəlində yenidən “Seriya A”ya qayıdıb.

“Yuventus”un heyətində 83 oyunda 8 qol və 18 asist edən futbolçu 2 dəfə İtaliya kubokunu, 2 dəfə də ölkə çempionatını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.