MƏDƏNİYYƏT


“Yuxarıda və aşağıda” filmi “Ən yaxşı bədii film” diplomuna layiq görülüb

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

“Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi “Umut” MDB ölkələrinin Gənc Film Forumunun müsabiqə proqramında “Ən yaxşı bədii film” diplomuna layiq görülüb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, forum Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib.

Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Gökhan Ceylan, yaradıcı prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (Adari films).

Ekran əsərində baş rolları Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və digərləri canlandırıblar.

Qeyd edək ki, “Yuxarıda və aşağıda” filminin beynəlxalq premyerası Almaniyanın Kottbus film festivalının “Fokus” proqramında baş tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.