MƏDƏNİYYƏT


“Yuxarıda və aşağıda” filmi beynəlxalq forumda

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Teymur İsmayılovun “Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi “Umut” MDB ölkələrinin gənc film forumunun beynəlxalq müsabiqə proqramına dəvət alıb. Forum oktyabrın 28-dən 31-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək.

Bu barədə AZƏRTAC-a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

“Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, bəstəkarı Gökhan Ceylan, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”). Əsas rollarda Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və başqaları çəkiliblər.

Qeyd edək ki, “Yuxarıda və aşağıda” filminin beynəlxalq premyerası Almaniyanın Kottbus film festivalının “Fokus” proqramında olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.