CƏMİYYƏT
Yuxu rejiminə riayət etmək bədənin harmoniyasını qoruyur
Bakı, 21 oktyabr, AZƏRTAC
Yuxu rejiminə riayət etmək bədənin harmoniyasını qoruyur. Hər gün eyni vaxtda yatan və oyanan qadınların orqanizmində piyin səviyyəsi aşağı olur.
AZƏRTAC Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ alimləri belə hesab edirlər. Tədqiqatlara 17-26 il ərzində ABŞ-ın iki nüfuzlu universitetindən 300-dən çox tələbə cəlb olunub.
Tədqiqatların nəticələri göstərib ki, yuxu rejiminə əməl edən iştirakçıların orqanizmində piy azalır. Yuxu müddəti 6,5 saatdan az və 9,5 saatdan çox olanlarda isə piyin artdığı müəyyən edilib. Sutka ərzində 8-8,5 saat yatanlarda isə piyin miqdarının minimum səviyyədə olduğu müşahidə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]