DÜNYA


Yuxunun keyfiyyətini yaxşılaşdıran “ağıllı” yastıq hazırlanıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

Əksər "ağıllı" saat və idman bilərzikləri istifadəçinin necə yatması barədə məlumatlar əldə etməyə imkan verən yuxu mərhələlərinin izlənilməsi funksiyası ilə təchiz edilib. Bu informasiya əsasında istirahətin keyfiyyətini yaxşılaşdırmaqla əlaqədar məsləhətlər verilir.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, belə qurğuların işinin dəqiqliyi bəzən ürəkaçan olmur. Bununla əlaqədar mütəxəssislər Uorik Bel və Miqel Marrero insanlara yuxunun keyfiyyətini artırmağa kömək edə biləcək "smart" yastıq yaratmaq qərarına gəliblər. "ZEEQ" adlanan qurğu xarici görünüşünə görə adi yastıqdan fərqlənmir. Daxildə yastığa istifadəçi ilə bağlı baş verənləri təhlil etməyə imkan verən çoxsaylı ötürücülər yerləşir.

Yuxu mərhələlərinin izlənilməsi ilə yanaşı, "ZEEQ" yastığının ehtiyatında daha bir neçə faydalı funksiya var. Məsələn, qurğu yatmazdan əvvəl tez yuxuya getməyə kömək edən həzin musiqi səsləndirə bilir. Həmçinin yastıqda xorultunu izləyən quraşdırılmış mikrofon yer alıb. İnsan xoruldamağa başlayan kimi, yastıq onu o biri böyür üstə çevrilməyə məcbur etmək üçün yüngülcə titrəməyə başlayır. Bundan başqa, "ZEEQ"də istifadəçini əlverişli vaxtda oyadan "ağıllı" zəngli saat funksiyası nəzərdə tutulub.

Yastığı 129 dollara sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.