REGİONLAR
Yüz yaşlı seçicinin əmin-amanlıq arzusu VİDEO
Xaçmaz, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Mehrəliqışlaq kəndinin 100 yaşlı sakini səsvermədə iştirak edib.
AZƏRTAC xəbər verir ki, 1915-ci il təvəllüdlü Məlikova Mələk Qaraoğlan qızı səhhəti ilə əlaqədar məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.
Səyyar seçki qutusunu qeydiyyatda olduğu 55 saylı Xaçmaz seçki dairəsinin 40 saylı seçki məntəqəsindən onun yaşadığı ünvana gətiriblər. Seçdiyi namizədə səs verən 100 yaşlı Mələk nənə xalqımıza sülh və əmin-amanlıq arzulayıb.
55 saylı Xaçmaz seçki dairəsinin 40 saylı seçki məntəqəsində daha 10 nəfər müxtəlif səbəblərdən seçki məntəqəsinə gələ bilmədiyi üçün səyyar seçki qutusu üçün müraciət edib. Həmin şəxslərin müraciətləri də təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:28]
Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]