DÜNYA


Yüzlərlə Tokio sakini yeni antiterror qanuna etiraz etmək üçün paytaxt küçələrinə çıxıb

Tokio, 12 iyul, AZƏRTAC 

Yüzlərlə Tokio sakini iyulun 11-dən qüvvəyə minən yeni antiterror qanuna etiraz etmək üçün paytaxt küçələrinə çıxıb. Həmin qanuna görə, terror və digər ciddi cinayətlərə hazırlaşmaq məqsədilə bir araya gələn şəxslər bundan sonra cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Vətəndaş qruplarının bildirdiyinə görə, həmin gün təqribən 800 nəfər parlamentin binası qarşısına toplaşaraq etiraz nümayişi keçirib. Onlar bəyan ediblər ki, yenin qanun sıravi vətəndaşların kütləvi şəkildə izlənməsi üçün şərait yaradacaq.

Vəkil Yuiçi Kaydo bildirib ki, bu qanun hökumətin siyasətinə qarşı çıxış edənləri susdurmaq məqsədilə qəbul edilib. O, həmin qanunun ləğv edilməsinə çağırıb.

Bəzi mitinq iştirakçıları isə qanunun qəbulu zamanı mövcud prosedurların pozulmasına etiraz etdiklərini bildiriblər. Eyni zamanda, ictimaiyyətə qanunun mahiyyəti barədə ətraflı məlumat verilmədiyi də bildirilir.

Bundan əlavə, yeni qanunun söz azadlığını məhdudlaşdırdığı da vurğulanır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.