Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis Sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                              O.Əsədov

Bakı şəhəri, 23 fevral 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin