Azərbaycan Dövlət İnformasiya Agentliyi

ZAMANI QABAQLAMIŞ İNSAN

Yaponiya alimləri onu ən müasir texnologiyaların atası adlandırırdılar. Bütün dünyada ciddi tədqiqatçılar onun nüfuzlu fikrinə istinad edirdilər. Nəhayət, ötən yüzilliyin 50-ci illərinin ikinci yarısında Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna məhz onun rəhbərlik etdiyi dövrdə bu elmi tədqiqat müəssisəsi ən yüksək səviyyədə, rəsmi qaydada SSRİ-də yarımkeçiricilər fizikası sahəsində baş təşkilat kimi təsdiq edilmiş, institutun kollektivi isə yeni yaranmaqda olan Azərbaycan fizika məktəbinin simasına çevrilmişdi...

Bütün bunlar çoxlarının şəxsiyyət, böyük alim kimi ehtiramla xatırladığı, onunla tanış olduqlarına görə fəxr etdiyi Həsən Məmmədbağır oğlu Abdullayevə aiddir. Soydaşımızın böyük dostu, Nobel mükafatı laureatı, akademik Jores Alfyorov onun barəsində demişdir: “Mənə uzun illər Həsən Abdullayevlə tanışlıq səadəti nəsib olmuşdur. Elmin gələcək firavan həyatın təminatı olduğunu yaxşı başa düşən Abdullayev bu amalla yaşayırdı...”

Belə sözləri oxumaq həqiqətən xoşdur. Axı söhbət fitri istedada malik olan, son dərəcə qeyri-standart şəxsiyyət kimi tanınmış bir adamdan gedir. Həsən Abdullayev haqqında yazmağa başlamazdan əvvəl görüşdüyüm insanların hamısı - qohumları və yaxınları, şagirdləri və davamçıları onu məhz bu cür səciyyələndirirlər.

...Həsən Abdullayev elm aləminə 1944-cü ildə gəlmişdi. Əslən Culfa rayonunun Yaycı kəndindən olan, Naxçıvandakı orta məktəblərin birində oxuyan gənc sonra Bakıda Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib bir neçə il Ordubadda müəllimlik etmişdi. Lakin bütün bunlar elmi axtarışlarla, dərin araşdırmalarla, maraqlı kəşflərlə dolu bir həyatın hələ müqəddiməsi imiş.

Qırxıncı illərin axırlarında namizədlik dissertasiyası müdafiə edən gənc alim bir müddət Leninqrad Fizika-Texnika İnstitutunda işləmiş, sonralar akademik A.F.İoffenin təşəbbüsü ilə yaradılmış məşhur fiziklər məktəbinin ən görkəmli nümayəndələrindən biri olmuşdu. Onun elmi yaradıcılıq yolunun proqramı da əsasən bu institutda müəyyənləşmişdi. Həsən Abdullayev yarımkeçiricilər və onların əsasında hazırlanan yarımkeçirici cihazların fizikası ilə məşğul olurdu. O, 36 yaşında ikən Leninqradda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdi. Onun tədqiqatında selen düzləndiricilərindən bəhs edilirdi. Mendeleyevin kimyəvi elementlərin dövrü cədvəlində nadir xassələri ilə seçilən selen o vaxtdan ömrünün sonuna qədər H.Abdullayevin elmi araşdırmalarının mərkəzi obyekti olmuşdur.

Yarımkeçiricilər fizikası, o cümlədən selen ilə bağlı tədqiqatların təfsilatına varmaq fikrində deyiləm, yalnız alimin əldə etdiyi nəticələrin heç də tam olmayan siyahısını xatırlatmaqla kifayətlənəcəyəm. Həsən Abdullayev ömrünün elmə həsr edilmiş 50 ildən artıq dövründə selenin və başqa yarımkeçiricilərin ikiqat və üçqat birləşmələrinin yeni qruplarını kəşf etmiş, idarə edilə bilən elektron yaddaşlı diodlar yaradılmasını təklif etmiş, spektrin görünən və infraqırmızı sahələrində qəbuledicilər kimi tətbiq olunan mürəkkəb yarımkeçiricilər ala bilmişdir. Selendə baş verən anomal hadisələri birinci olaraq izah edən və selenin xassələrinin idarə edilməsi yollarını müəyyən edən məhz Abdullayev olmuşdur. O, lazerlər və yaddaş elementləri üçün mürəkkəb kimyəvi tərkibli yarımkeçirici monokristalların öyrənilməsinə dair kompleks tədqiqatlar aparmış, termik çeviricilər üçün yeni yarımkeçirici materiallar yaratmışdır.

Görmə prosesində selenin iştirakının aydınlaşdırılmasına dair Abdullayevin silsilə araşdırmalarını xüsusi qeyd etməliyəm. Bu barədə hələ 1960-cı illərdə, “İzvestiya”da işlədiyim dövrdə mənə həmin qəzetin səhifələrində oxuculara məlumat vermək səadəti nəsib olmuşdu. Azərbaycanlı alim dünyada ilk dəfə olaraq aşkar etmişdi ki, bu kimyəvi elementin spektral həssaslığı insan gözünün spektral həssaslığı ilə heyrətamiz dərəcədə üst-üstə düşür. Bu kəşf görmə qabiliyyətinin zəifləməsi və ola bilsin ki, gözün tor qişasında selen qıtlığı ilə əlaqədar bir sıra patologiyaların diaqnostikası və müalicəsi üçün yeni imkanlar yaradırdı. Eyni zamanda, belə bir faktı da təsdiqlədi ki, müxtəlif elmlərin, konkret halda fizika ilə təbabətin qovuşuğunda işləyən alimlər sırasına Həsən Abdullayevin də aid edilməsi tamamilə əsaslıdır.

Fizik alimin elmi irsi 17 monoqrafiyada, 600-dən artıq elmi məqalədə (bu məqalələrin ən mühümləri xarici ölkələrdə dərc edilmişdir), 250-dən artıq ixtirada öz əksini tapmışdır. Onun bəzi ixtiralarına ABŞ-ın, Fransanın, Rusiyanın patentləri verilmişdir. Bütün bunlar H.Abdullayevin elmi maraq dairəsinin genişliyinə, onun rəhbərliyi altında aparılan tədqiqatların dərinliyinə dəlalət edirdi.

Alimin yarımkeçiricilər fizikası sahəsində əsərləri texnikanın inkişafı məsələləri ilə həmişə sıx əlaqədar olmuşdur. O, özünün onlarca yetirmələri ilə birlikdə bir sıra ixtisaslaşdırılmış yarımkeçirici cihazlar işləyib hazırlamış və tətbiq etmiş, onların istehsalı üçün elmi-eksperimental və sənaye bazası yaratmışdı. Yeri gəlmişkən, həmin cihazlardan bəziləri indi AMEA-nın Fizika İnstitutunda yaradılmış Həsən Abdullayev muzeyində nümayiş etdirilir.

Görkəmli alimin elmi nailiyyətləri təbii ki, layiqli qiymətini almış, müxtəlif təltiflər - ordenlər, nüfuzlu medallar, dövlət mükafatları, elmi rütbələrlə qeyd edilmişdi. Onun ictimaiyyət arasında yüksək nüfuzu vardı, dəfələrlə deputat seçilmişdi, ictimai təşkilatlara başçılıq edirdi. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilən H.Abdullayev 1970-ci ildən akademiyanın prezidenti idi. Lakin o, fundamental problemlər üzərində işləyən Fizika İnstitutuna rəhbərliyi də davam etdirirdi. 1970-ci ildə alim SSRİ EA-nın müxbir üzvü seçilmişdi.

Akademik Abdullayev həm də bacarıqlı elm təşkilatçısı idi. Müsahiblərimin dediyinə görə, 1950-cı ildə onun təşəbbüsü və bilavasitə iştirakı ilə Azərbaycan Dövlət Universitetində o vaxtkı SSRİ-də ilk yarımkeçiricilər fizikası kafedrası yaradılmışdı. Bu kafedra fizika elminin həmin sahəsində gənc mütəxəssislər yetişdirilən məktəbə çevrilmişdi. O, elm yolunu seçmiş tədqiqatçıları həvəsləndirməyi, öz enerjisini onlara sirayət etdirməyi, onları istiqamətləndirməyi bacarırdı.

Məşhur “Abdullayev çərşənbələri” Fizika İnstitutunda hamının yadındadır. Bu görüşlərdə yeni ideyalar, dünya elminin ən yeni nailiyyətləri müzakirə olunurdu. Bəzən həmin “çərşənbələrdə” əcnəbi alimlər də çıxış edirdilər. Lakin ən maraqlı və parlaq mühazirələr bu görüşlərin təşkilatçısına məxsus olurdu. Ümumiyyətlə, Həsən Abdullayev yaxşı danışığı ilə seçilirdi. Onun bu bacarığını bilir, daim onu mühazirəçi kimi dəvət edirdilər. Məsələn, Rusiyada, ABŞ-da, Türkiyədə, İranda H.Abdullayevin yarımkeçiricilər fizikasına həsr edilmiş silsilə mühazirələri həmişə dinləyici ilə dolu auditoriyalarda keçirdi.

Zənnimcə, Həsən Abdullayevin bütövlükdə Azərbaycan elminə uğurlu rəhbərlik etməsinə təkcə ona xas olan yüksək peşəkarlıq deyil, həm də hərtərəfli savadlı, mənən zəngin insan olması çox kömək etmişdi. O, Nizaminin az qala bütün əsərlərini əzbər bilirdi və xoşladığı şeirləri tez-tez söyləyirdi. Mən özüm bu şeirləri onun ifasında eşitmişəm. O, musiqini də sevir, yaxşı tar çalırdı. Yeri gəlmişkən, Fizika İnstitutunda sabiq direktorun kabinetində onun şəxsi tarı bu gün də saxlanılır. Deyilənə görə, bir dəfə Fikrət Əmirov özü deyibmiş ki, Həsən müəllim olan yerdə mən tarı əlimə götürməyə risk etmirəm.

Lakin bizim akademikin fizik-liriklər (ötən əsrin 60-70-ci illərində bu ifadə geniş yayılmışdı) cərgəsinə aid olması bəzən pərtlik doğuran vəziyyətlərə də səbəb olurdu. Məsələn, aspiranturaya daxil olmaq istəyən növbəti iddiaçını Elmlər Akademiyası Rəyasət heyətinin iclasında qəbul edərkən H.Abdullayev gözlənilmədən soruşa bilərdi: cavan oğlan, “Koroğlu” operasına baxmısanmı? Bu əsərdən bir parça oxuya bilərsənmi?.. Təbii ki, bu cür “qəribəlik” heç də hamının xoşuna gəlmirdi, deyirdilər ki, fizikanın poeziyaya, yaxud kimyanın musiqiyə nə dəxli var…Elə buna görə də akademiyanın o vaxtkı rəhbərinə münasibət heç də birmənalı deyildi. Lakin bu da yadımdadır ki, Rəyasət heyətinin iclaslarında iştirakçıların əksəriyyəti (bunlar isə əsasən kifayət qədər savadlı, yüksək intellektli adamlar idi) akademiyanın prezidentinin fikrinə şərik çıxırdı. Doğrudan da, həqiqi alimin daxili aləmi miskin ola bilməz və olmamalıdır.

Bununla əlaqədar mərhum akademik Mikayıl Useynovun sözlərini xatırlayıram. Bir dəfə o demişdi ki, musiqi düşünməyə kömək edir. Yəqin ki, poeziya da insanın beyninə istirahət verir. Hərçənd, musiqinin insana təsiri məsələsinə bu cür münasibət heç də təzə feyil. Elmi ədəbiyyatdan məlumdur - Yaponiya müəssisələrinin birində aparılmış eksperiment nəticəsində məlum olmuşdur ki, musiqinin müşayiəti ilə işləyən insanların əmək məhsuldarlığı artır.

Həsən müəllimin qızı Sevinc xanım deyir ki, atası hər şeydən əlavə, çoxu respublika paytaxtına kəndlərdən gələn həmvətənlərini doğma xalqın rəngarəng mədəniyyəti ilə tanış etmək istəyirdi. O deyirmiş ki, insanların necə böyük bir sərvətə sahib olduqlarını bilmədiklərini görəndə adamın ürəyi ağrıyır. O, ədəbiyyata və incəsənətə dərindən bələd olan Heydər Əliyevə xüsusi ehtiram bəsləyirdi. Deyilənə görə, ulu öndər də H.Abdullayevə eyni hisslər bəsləyirdi. Görünür, belə qarşılıqlı münasibət onların bu məsələyə baxışlarının ümumi olmasına əsaslanırdı.

Nədənsə, mənə belə gəlir ki, yalnız həssas və xeyirxah ürək sahibləri musiqini dinləyəndə, poetik misraları oxuyanda bundan həqiqi həzz ala bilər. Təxminən 15 il bundan əvvəl dünyasını dəyişmiş akademik Həsən Abdullayev xatirələrdə məhz belə bir insan kimi yaşayır. Görkəmli alim, böyük romantik olan bu şəxsiyyət insanlara çox həssas münasibət bəsləyirdi. Kiçik bir haşiyə: o, özünün növbəti şagirdini başqa şəhərdə təcrübə keçməyə göndərərkən hökmən başqalarının xəbəri olmadan onun cibinə pul qoyurdu: orada özünə isti paltar alarsan, oralar soyuqdur. Hələ təbiətə necə həssas münasibət bəsləyirdi! O, öz uşaqlarına deyirdi: bu ağacı görürsünüzmü, o da yaşayır, o da nəfəs alır… Onu qorumaq lazımdır…

…Bəlkə də haçansa bizim diyarda yalnız akademik Həsən Abdullayevin görmək istədiyi kimi adamlar yaşayacaq?! Bəlkə də bu insanlar özlərinin nəyə qadir olduqlarını sınamaq üçün onlara bir şans, imkan verildiyini başa düşərək öz həyatlarını bu yazının qəhrəmanı kimi, təmiz qəlblərinin hökmü ilə quracaqlar?

Sağ qalsaydı, bu il onun 90 yaşı tamam olacaqdı…

Ötən günlərə, keçmişə nəzər salanda, o illərdə baş vermiş hadisələri gözlərimiz önündə canlandıranda, onların mənası haqda yenidən fikirləşəndə başa düşürük ki, öz dövrünü qabaqlamış azərbaycanlı alim Həsən Abdullayev müasir elm üçün çox əhəmiyyətli işlər görmüş, həyatımızda silinməz izlər qoymuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub