REGİONLAR
ZAQATALADA TAXIL TƏDARÜKÜNÜN GÖSTƏRİCİSİ YÜKSƏKDİR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, payızlıq taxıl əkilmiş 3777 hektar sahənin 2989 hektarında biçin başa çatdırılmışdır.
Fermerlər indiyədək 6902 ton taxıl tədarük etmişlər. Hələlik hər hektardan orta hesabla 23 sentner məhsul götürülmüşdür. Yengiyan və Mosul kəndlərində bu göstərici 29 sentner, Lahıc və Bəhmətlidə 26, Faldar və Qandax kəndlərində isə 25 sentner təşkil etmişdir.
Biçinə kifayət qədər taxılbiçən kombayn, küləş presləyən və digər texnika cəlb olunmuşdur. Arpa əkilmiş 1360 hektar sahədə biçin işlərinə yekun vurulmuşdur. Buğda əkini sahələrində isə məhsul tədarükü davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]