MƏDƏNİYYƏT
Za Sanya Vucic: Azərbaycan Serbiya üçün dost ölkədir VİDEO
Stokholm, 11 may, AZƏRTAC
Azərbaycanı Serbiyada qonaq edə bilmək üçün “Eurovision-2016” mahnı müsabiqəsində qələbə qazanmaq istərdim.
Bu sözləri Serbiya təmsilçisi xanım Za Sanya Vucic AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
O, Fransa, Rusiya, İsveç və Azərbaycan təmsilçilərinin özünün favoritləri sırasında olduğunu qeyd edib: “Məşqlərimiz qənaətbəxş keçdi. Mən həyəcanlı idim. Bu, bir yarışdır. Düşünürəm ki, ölkələrin bu müsabiqədə qələbə qazanmaq şansı onların mədəniyyətlərinin tanınması üçün əhəmiyyətli rol oynaya bilər. Mən Azərbaycana sevgilərimi göndərirəm. İnanıram ki, təqdim etdiyim performans tamaşaçıların xoşuna gələcək. Hər kəsə uğurlar arzulayıram.
Məsələnin siyasi cəhəti də mənim üçün vacibdir. Hazırda Azərbaycan Serbiya üçün dost ölkədir. Mən qalib olmağa layiq, istedadlı gənc müğənni Səmra Rəhimlini çox bəyənirəm”.
Za Sanya Vucic uşaqlıq illərindən professional səhnədə çıxış edərək Böyük Britaniya, Avropanın böyük salonlarında tanınmış ifaçılarla böyük konsert proqramlarında iştirak edib.