DÜNYA


Zabaykalyedə helikopter qəzaya uğrayıb

Moskva, 24 oktyabr, AZƏRTAC

Zabaykalyedə “Robinson” helikopteri qəzaya uğrayıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, helikopterdəki üç nəfərin hamısı həlak olub.

“Uryumkan” qızılçıxarma şirkətinə məxsus “Robinson” helikopteri oktyabrın 22-də Zolotoreçensk – “Cəlal-Kaday” arteli marşrutu ilə havaya qalxıb, lakin nəzərdə tutulan vaxtda əlaqəyə çıxmayıb. Helikopterin içərisində üç nəfər olub: pilot və iki sərnişin – təsisçisi “Uryumkan” olan “Darxan” şirkətinin baş direktoru və həmin şirkətin baş mühəndisi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.