İQTİSADİYYAT


Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır

Bakı, 9 iyun, AZƏRTAC 

Zabrat-Maştağa avtomobil yolunun Heydər Əliyev prospekti ilə kəsişməsindən Zabrat dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, rənglənmə işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işləri aparıldığı zolaqlar üzrə məhdudlaşdırılaraq digər hərəkət zolaqlarına yönəldiləcək. Buna görə “Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazidə diqqətli hərəkət etmələrini tövsiyə edir.

Üfüqi nişanlanma xətlərinin çəkilişi işləri bu gün axşam saatlarınadək tam olaraq yekunlaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.