ORDU
Zakir Həsənov: İqtisadi, demoqrafik və hərbi potensialına görə Ermənistan Azərbaycanla bəhsə girə bilməz
Bakı, 13 iyul, AZƏRTAC
İqtisadi, demoqrafik və hərbi potensialına görə Ermənistan Azərbaycanla bəhsə girə bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycan istər iqtisadi, istər demoqrafik, istərsə də hərbi cəhətdən hər il güclənir. Hazırda dünyada iqtisadi-maliyyə böhranı yaşanmasına baxmayaraq Azərbaycan güclənir, ordunun maliyyələşdirilməsi ildən-ilə artır. Bu il artım təqribən 20 faiz civarındadır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordunun güclənməsinə, onun ən yeni silahlarla təchiz edilməsinə böyük diqqət yetirir. Biz ordu quruculuğunda keyfiyyətcə yeni səviyyəyə keçmişik. Qarşıya ordunun daha da modernləşdirilməsi və gücləndirilməsi vəzifəsi qoyulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]