DÜNYA


“Zamanın səyahəti” filminin treyleri təqdim olunub

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Dünya şöhrətli amerikalı kinorejissor Terrens Malikin ekranlaşdırdığı “Zamanın səyahəti” filminin treyleri ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsəri kainatın tarixindən bəhs edən sənədli film janrında çəkilib. Filmdə ilkin yaradılışdan tutmuş texnoloji ixtiraların mövcud olmasına qədərki dövr haqqında danışılır.

Filmdə dünya şöhrətli aktyorlar Bred Pitt və Keyt Blanşett çəkilib.

Filmin premyerasının oktyabrın 7-nə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sözü gedən ekran əsəri rejissorun otuz illik əməyinin bəhrəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.