MƏDƏNİYYƏT


“Zamanla üz-üzə” müasir musiqi layihəsi çərçivəsində növbəti konsert təqdim olunacaq

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” IV beynəlxalq müasir musiqi layihəsi çərçivəsində konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək konsert proqramında ukraynalı Vladimir Runçakın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Konsertdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyova pianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən kompozisiyalar səsləndirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.