İDMAN


Zamiq Atakişiyev peşəkar rinqdə növbəti qələbəsini qazanıb

A+ A

Bakı, 27 avqust, AZƏRTAC 

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı idmançı peşəkar rinqdə ikinci döyüşünə çıxıb.

Təmsilçimiz Moskvada keçirilən görüşdə Belarus idmançısı Viktor Çvarkovla qarşılaşıb. Boksçumuz ağır çəki dərəcəsində altı raunddan ibarət keçən döyüşdə rəqibi üzərində qələbə qazanıb. Bu, onun peşəkar rinqdə ikinci nailiyyəti olub.

Qeyd edək ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.