Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Zaqatala Bölgə Təcrübə Stansiyası fermerləri yüksək reproduksiyalı toxumla təmin edir

Zaqatala, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun elmi-tədqiqat müəssisəsi olan Zaqatala Bölgə Təcrübə Stansiyası 1924-cü ildən fəaliyyət göstərir. Zaqatala tütün dayaq stansiyasının bazasında yaradılan bu müəssisə 1950-ci ildə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun tabeçiliyinə verilib. Bölgə Təcrübə Stansiyası uzun illərdir ki, dənli və texniki bitkilərdən seçmə yolu ilə daha keyfiyyətli sort və hibridlərinin alınması, yüksək reproduksiyalı toxumların əldə edilməsi və bu sortların özəl fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi-tədqiqat işləri aparır.

Stansiyanın direktoru Nəbi Kərimov AZƏRTAC-a müsahibəsində müəssisənin fəaliyyət istiqamətləri və “Kənd təsərrüfatı ili”ndə görülən işlər barədə məlumat verib:

- Nəbi müəllim, stansiyada elmi-tədqiqat işləri əsasən hansı sahələri əhatə edir?

Rayonda aqrar sahənin inkişaf etdirilməsində müəssisənin rolu nədən ibarətdir?

- Zaqatala Bölgə Təcrübə Stansiyasında elmi-tədqiqat işləri əsasən 4 istiqamətdə - qarğıdalının seleksiyası və ilkin toxumçuluğu, taxıl bitkilərinin (buğda və arpa) ilkin toxumçuluğu, tütünçülüyün ilkin toxumçuluğu və seleksiyası, həmçinin qarğıdalı, buğda və arpanın becərilmə texnologiyası istiqamətlərində həyata keçirilir. Bu istiqamətlərin hər biri ilə əlaqədar stansiyada müvafiq şöbə fəaliyyət göstərir. Elmi-tədqiqat işləri əsasən rayonun 3 müxtəlif ərazisində aparılır. Bu məqsədlə dəniz səviyyəsindən 500 metr yüksəklikdə dəmyə torpaqlardan ibarət dağətəyi zonada yerləşən Pərzivan və dəniz səviyyəsindən 300 metr yüksəklikdə orta qurşaqda yerləşən Taşançöl sahələri, həmçinin dəniz səviyyəsindən 220 metr yüksəklikdə yerləşən Danaçı Dayaq Məntəqəsinin ərazisi ayrılıb. Qeyd olunan ərazilərdə stansiyanın 142 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur.

Stansiyaya məxsus əkin sahələrində yumşaq buğdanın “Aran” və “Pərzivan-1”, arpanın “Qarabağ-22” sortlarının superelit və elit sortları, həmçinin qarğıdalının “Zaqatala-68”, “Zaqatala-420”, “Zaqatala”, “Qürur”, “Ümid” və digər sortlar becərilir, onların yüksək reproduksiyalı orijinal toxumları istehsal olunur. Diqqətə çatdırım ki, qarğıdalının seleksiyası və ilkin toxumçuluğu Azərbaycanda yalnız bizim stansiyada həyata keçirilir. Bundan əlavə, stansiyada 2014-cü ilədək tütünün toxumçuluğu və seleksiyası üzrə elmi-tədqiqat işləri də aparılıb. Stansiyada “Zaqatala-67”, “Zaqatala iriyarpaqlı”, “Trapezond-1”, “Berley”, “Zaqatala-Dübeki” kimi sortlar becərilərək, əkin üçün fərdi və özəl fermer təsərrüfatlarına tövsiyə edilib.

- Stansiya “Kənd təsərrüfatı ili”nə nə kimi töhfələr verib?

- Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi dövlətimizin başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Elmi-tədqiqat müəssisəsi olaraq, biz də çalışmışıq ki, rayonda aqrar sahənin inkişafına azacıq da olsa töhfəmizi verək. Yüksək reproduksiyalı toxum əldə etmək məqsədilə cari ilin məhsulu üçün 100 hektar sahədə dənli bitkilər əkdik və 128,8 ton yüksək keyfiyyətli toxum əldə etdik. Yetişdirdiyimiz toxum dərmanlanaraq səpin üçün hazır vəziyyətə gətirildi və anbara yığıldı. İstehsal etdiyimiz superelit toxumdan yalnız stansiyanın özünün əkinləri üçün istifadə olunur. Elit toxum sortları isə Kənd Təsərrüfatı Nazirliyinin bölgüsünə əsasən kənd təsərrüfatı üzrə dövlət müəssisələrinə və özəl fermer təsərrüfatlarına verilir.

Hazırda stansiya tərəfindən 2016-cı ilin məhsulu üçün 100 hektar sahədə dənli bitkilərin əkini işləri aparılır. Əkin sahələri səpinə yaxşı hazırlanıb, yüksək keyfiyyətli şum aparılıb, lazımi aqrotexniki tədbirlər həyata keçirməklə, hər hektar sahəyə 100 kiloqram amofos gübrəsi verilib. Yaz aylarında isə əkin sahələrinin hər hektarına əlavə olaraq 250 kiloqram azot gübrəsinin verilməsi nəzərdə tutulur.

- Bölgə Təcrübə Stansiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində hansı işlər görülür?

- Stansiyanın normal iş şəraitini təmin etmək məqsədi ilə 2013-cü ildə müəssisənin ərazisində xırman, taxıl anbarı və kənd təsərrüfatı texnikasının saxlanması üçün qarajın tikintisinə başlanılıb və tikinti işləri artıq yekunlaşıb. Stansiyanın Elmi Təcrübə Bazası əsaslı təmir olunub. Ərazidə anbar, xırman, qaraj, ofis-laborator binalar, üç otaqlı qonaq evi, 2 ədəd 100 tonluq su anbarı inşa edilərək istifadəyə verilib. Xırman və taxıl anbarında təcrübə məqsədi ilə istehsal olunan taxıl və qarğıdalının yüksək keyfiyyətlə təmizlənməsi və saxlanılması təmin edilir.

Hazırda Zaqatala Bölgə Təcrübə Stansiyasında 29 əməkdaş çalışır. Onlardan 10 nəfəri elmi işçidir. Müəssisə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun tapşırıq və tövsiyələrinə uyğun olaraq, mövcud perspektivli sortların artırılması, yeni, daha yüksək keyfiyyət göstəricilərinə malik sortların yaradılması, məhsul istehsalının artırılması, özəl fermer təsərrüfatlarına yeni məhsuldar sortlar barədə məlumat və tövsiyələrin verilməsi istiqamətində elmi-tədqiqat və təsərrüfat fəaliyyətini davam etdirir.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Zaqatala

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır