REGİONLAR


Zaqatala, Qax və Şəkinin emal məntəqələri bu günədək 10 min tondan çox yaşıl tütün qəbul edib

A+ A

Zaqatala, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Inter-Tobacco” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə bu günədək fermerlərdən, ümumilikdə, 10 min 616 ton yaşıl tütün yarpağı daxil olub. Mövsümün əvvəlindən indiyədək isə bu emal məntəqələrində 1200 tondan çox quru tütün istehsal edilib.

Bu barədə AZƏRTAC-a cəmiyyətin tütün istehsalı və emalı məntəqələrindən məlumat verilib.

Hazırda məntəqələrə hər gün orta hesabla 35-40 ton yaşıl tütün yarpağı gətirilir. Tütünün qurudulması üçün Zaqatala və Şəkinin tütün istehsalı və emalı məntəqələrinin hər birində 56, Qax məntəqəsində isə 60 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Tütün qurudulduqdan sonra çeşidlənərək anbarlara yığılır, daha sonra emal zavoduna təhvil verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.