REGİONLAR


Zaqatala rayon Məşğulluq Mərkəzinin köməyi ilə altı ayda 271 nəfər daimi işlə təmin olunub

Zaqatala, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC

İlin birinci yarısında Zaqatala rayon Məşğulluq Mərkəzinin köməyi ilə 271 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub. İşə düzələnlərin 98 nəfəri gənclərdir. Bundan əlavə, cari ilin ötən dövründə 20 nəfər peşə hazırlığı kursuna, 20 nəfər isə haqqıödənilən müvəqqəti işlərə cəlb edilib. Bu müddət ərzində 43 nəfərə işsiz statusu verilib, 59 nəfərə işsizlik müavinəti təyin olunub.

Bu barədə AZƏRTAC-a rayon Məşğulluq Mərkəzindən məlumat verilib.

Cari ilin birinci yarısında Məşğulluq Mərkəzinə 1079 nəfər vətəndaş müraciət edib, 921 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Qeydiyyata götürülənlərin 239 nəfərini qadınlar, 324 nəfərini isə gənclər təşkil edir.

Eyni zamanda, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin ötən dövründə Zaqatala rayonu üzrə 20 işsiz vətəndaşa öz biznesinə başlamaq üçün zəruri mal və materiallar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.