REGİONLAR


Zaqatalada 11 min hektara yaxın taxıl sahəsi biçiləcək

Zaqatala, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Cari mövsümdə Zaqatala rayonunda 10 min 811 hektar taxıl sahəsinin biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 465 hektarını buğda, 3 min 346 hektarını isə arpa təşkil edir. Artıq rayonun Kəpənəkçi və Bəhmətli kəndlərində arpa biçininə başlanılıb. Hələlik hər hektardan orta məhsuldarlıq 23-24 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Rayon üzrə biçin kampaniyasına 38 taxılbiçən kombayn, 36 küləş presləyən aqreqat, 362 şum traktoru, 122 traktor qoşqusu və digər texnika cəlb edilib. Biçin dövründə, ehtiyac yaranarsa, digər rayonlardan da əlavə olaraq, 10-15 kombaynın gətirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.