REGİONLAR


Zaqatalada 600 hektardan çox sahəyə tütün şitili köçürülüb

Zaqatala, 13 may, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında tütün əkini başa çatmaq üzrədir. Cari mövsümdə rayonda tütün əkini sahələrinin ötən illə müqayisədə 100 hektara yaxın artırılaraq 700 hektara çatdırılması nəzərdə tutulur. İndiyədək 620 hektar sahəyə tütün şitili köçürülüb.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Xatırladaq ki, 2016-cı ildə Zaqatala rayonunda 601,5 hektar sahədə tütün əkilib, 528 ton quru tütün istehsal olunub.

Rayonun kümçüləri üçün də məsul dövr başlanıb. Cari mövsümdə Zaqatala rayonunda baramaçılıqla məşğul olan ailələrə 420 qutu ipəkqurdu paylanılıb. Hazırda kümçülər tərəfindən ipəkqurdlarının bəslənilməsi işi davam etdirilir. İstehsalçılardan yaş barama tədarükünə mayın sonlarından başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.