REGİONLAR
Zaqatalada çay yarpağı yığımına başlanılıb
Zaqatala, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun çay plantasiyalarında məhsul yığımına başlanılıb. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” və “Çaytala” məhdud məsuliyyətli cəmiyyətlərə məxsus plantasiyalardan qısa müddətdə 10 tona yaxın yaşıl çay kütləsi tədarük edilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Qurumdan bildiriblər ki, hazırda rayonda mövcud çay plantasiyalarının ümumi sahəsi 60 hektara yaxındır. Plantasiyalara qulluq və çay yarpağı yığımı ilə əlaqədar 55 nəfər fiziki şəxslə icarə müqaviləsi bağlanılıb. Ötən il plantasiyalardan 54 ton yaşıl çay yarpağı yığılıb. İstehsal olunan məhsul əsasən daxili bazara çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]