Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Zaqatalada çayçılığın dirçəldilməsi üçün böyük həcmli investisiyalara ehtiyac vardır

Zaqatala, 27 yanvar, AZƏRTAC

Çayçılıq Zaqatala rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutmasa da, ənənəvi sahələrdən hesab olunur.

Zaqatala çayı yüksək keyfiyyəti və ətri ilə həmişə alıcıların diqqətini cəlb edib. Keçən əsrin 70-80-ci illərində Zaqatala rayonunun ərazisində 90, qonşu Balakən və Qax rayonlarında isə 30 hektar məhsuldar çay plantasiyaları mövcud olub. Bu plantasiyalardan hər il orta hesabla 250 tona yaxın yaşıl çay yarpağı tədarük olunur və ondan 60-65 ton qara məxməri çay istehsal edilərək respublikanın çay çəkici fabriklərinə göndərilirdi. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət sifarişi ləğv edildiyindən çay plantasiyaları baxımsızlıq ucbatından yarasız vəziyyətə düşmüş və nəticədə çay istehsalı xeyli azalmışdı.

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramından (2004-2008-ci illər) irəli gələn vəzifələrin icrası rayonda digər sahələrlə yanaşı, çayçılığın inkişafına da müəyyən təkan verib. Dövlət Proqramının icrasının ilk ilində rayonda mövcud çay plantasiyalarının yalnız 5 hektarı məhsuldar vəziyyətdə idi. Görülmüş tədbirlər nəticəsində sonrakı illərdə rayonda 35 hektar çay plantasiyası bərpa edilərək məhsuldar vəziyyətə gətirilib. Hazırda rayonda 60 hektar çay plantasiyası vardır. Bu plantasiyaların becərilməsi və çay emalı ilə 2 müəssisə - “Zaqatala-Çay” və “Çay-Tala” Məhdud Məsuliyyətli cəmiyyətlər (MMC) məşğul olur. 2014-cü ildə bu müəssisələr tərəfindən 54 ton yaşıl çay yarpağı tədarük edilib. Lakin çay plantasiyalarının bərpası və genişləndirilməsi üçün böyük həcmli investisiyaların qoyulmasına ciddi ehtiyac vardır. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən müvafiq təkliflər hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.

Rayonun Qazangül yaşayış massivində fəaliyyət göstərən “Çay-Tala” MMC-nin təsisçisi Həsən Həsənov AZƏRTAC-a eksklüziv müsahibəsində çayçılığın dirçəldilməsi üçün həlli vacib olan məsələlər barədə danışıb, təkliflərini bildirib.

Müsahibimizin dediyinə görə, hazırda MMC-nin istifadəsində 15 hektar məhsuldar çay plantasiyası vardır. Plantasiyaların 10 hektarı MMC-nin özünə, 5 hektarı isə əhaliyə məxsusdur. Çay plantasiyalarına qulluq və məhsulun yığımı ilə bağlı 32 fermer ailəsi ilə müqavilə bağlanılıb. Ötən il MMC-yə məxsus plantasiyalardan 8 ton yaşıl çay yarpağı yığılıb və ondan 2 ton quru çay emal olunub. Əvvəllər isə bu plantasiyalardan 50 tona yaxın yaşıl çay yarpağı yığmaq mümkün olurdu.

“Çay-Tala” MMC-nin təsisçinin dediyinə görə, məhsuldarlığın aşağı düşməsi son illər, xüsusilə də 2014-cü ildə havaların həddindən artıq quraq keçməsi ilə əlaqədardır. Çay isə rütubət sevən bitkidir. Plantasiyalar dağlıq ərazidə yerləşdiyi üçün suvarılmasında da müəyyən çətinliklər yaranır.

H.Həsənov belə hesab edir ki, çay plantasiyalarında çiləmə üsulu ilə işləyən yeni suvarma sistemləri quraşdırılarsa, yüksək məhsuldarlıq əldə etmək olar. Buna isə xeyli vəsait tələb olunur. Yeni plantasiyaların salınması da çox böyük vəsait tələb edir. Çayçılığı inkişaf etdirmək üçün dövlət tərəfindən bu sahəyə böyük məbləğdə uzunmüddətli kredit ayrılmalıdır. Bu kreditin verilməsi və qaytarılması şərtləri də digər kreditlərdən fərqlənməlidir. Məsələn, heyvandarlığa yatırılan sərmayəni bir-iki ildən sonra qaytarmaq mümkündür. Ancaq yeni salınan çay və yaxud üzüm plantasiyaları yalnız 5-8 ildən sonra məhsul verir. Bu müddət ərzində plantasiyalara həm də qulluq olunmalıdır, alaq otlarından təmizlənməlidir. Ona görə də həmin müddət ərzində fermer faktiki olaraq bu krediti qaytara bilmir.

Müsahibimizin dediyinə görə, çay çox yaxşı gəlir mənbəyidir. Məhsulun satışında heç bir problem yoxdur, alıcılar kifayət qədərdir. Sadəcə, məhsul azdır. Hazırda bazarda Zaqatalanın buket çayının bir kiloqramının qiyməti 50 manatdır. Çay kolları qocaldığına görə, məhsuldarlıq da ilbəil aşağı düşür. Plantasiyalarda dərin budama aparılmaqla cavanlaşdırılarsa, bir-iki ildən sonra məhsuldarlığı artırmaq olar. Plantasiyaların cavanlaşdırılması da xeyli vəsait tələb edir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Zaqatala çayçıları arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirən “Çay-Tala” MMC-nin təmsilçisi bu əməkdaşlığın onlara çox böyük fayda verdiyini vurğulayıb. Onun dediyinə görə, əvvəllər çay plantasiyalarında budama işləri traktorlar vasitəsilə həyata keçirilirdi. Lakin GİZ tərəfindən gətirilən avadanlığın köməyi ilə son illər budama işləri artıq əl ilə görülür və bu çox yaxşı səmərə verir, məhsuldarlıq artır.

Müəssisənin təsisçisi bildirib ki, yığım vaxtı icarədarlara hər kiloqram yaşıl çay üçün 80 qəpik ödənilir. Elə ailələr var ki, onlar hər gün 100 manatadək, bir ay ərzində isə 2-3 min manat qazanc əldə edir.

Həsən Həsənovun dediyinə görə, martın əvvəllərində çay plantasiyalarında budama işlərinə başlanılacaq, mayın əvvəllərində isə plantasiyalardan ilk məhsul toplanacaq. Hava şəraiti əlverişli olarsa, yəni rütubətli keçərsə, məhsuldarlığın artacağı gözlənilir.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır