REGİONLAR


Zaqatalada çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işləri davam etdiriləcək

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Zaqatalada mühüm infrastruktur layihələrinin həyata keçirildiyi, o cümlədən Beynəlxalq Hava Limanının, Olimpiya İdman Kompleksinin, Müalicə- Diaqnostika Mərkəzinin tikilərək istifadəyə verildiyi, Rayon Mərkəzi Xəstəxanasının, 3500 yerlik şəhər stadionunun, Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunduğu, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binasının inşa edildiyi, şəhərin su təchizatı sisteminin yenidən qurulduğu, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırıldığı, iri istehsal və emal müəssisələrinin yaradıldığı, 17 mindən çox yeni iş yerinin açıldığı, geniş abadlıq-quruculuq işlərinin aparıldığı bildirilir.

Sərəncama əsasən, Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.