REGİONLAR


Zaqatalada payızlıq dənli bitkilərin səpininə başlanılıb

A+ A

Zaqatala, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında 2017-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpininə başlanılıb. Cari mövsümdə rayonda 12 min hektardan çox sahədə payızlıqların səpini proqnozlaşdırılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, təsərrüfatlarda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Səpin üçün 3623 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb.

İlk günlər rayonun Qandax, Muğanlı, Dağlı, Faldarlı kəndlərinə məxsus təsərrüfatlarda 130 hektara yaxın sahəyə arpa toxumu səpilib. Bəzi təsərrüfatlarda isə artıq buğda səpininə də başlanılıb.

Hazırda təsərrüfatlarda payızlıqların səpini üçün şum çıxarılması davam etdirilir. İndiyədək 6 min hektardan çox sahədə şum aparılıb.

Builki mövsümdə zaqatalalı fermerlər 12 min 221 hektar payızlıq taxıl sahəsindən 37 min 965 ton məhsul götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.