REGİONLAR
Zaqatalada qarğıdalı sahələrinin hər hektardan 56 sentner məhsul götürülür
Zaqatala, 1 sentyabr, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı davam edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonun fermerləri 5 min 910 hektar sahədə qarğıdalı yetişdiriblər. İndiyədək 2 min 972 hektar sahənin məhsulu yığılıb, 16 min 680 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56 sentner təşkil edir.
2014-cü ildə rayonun fermerləri 5 min 903 hektar qarğıdalı sahəsindən 32 min 501 ton məhsul götürüblər.
Təsərrüfatlarda günəbaxan yığımı da davam edir. İndiyədək 252 hektar sahənin 222 hektarının məhsulu yığılıb və 386 ton günəbaxan tumu istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]