REGİONLAR


Zaqatalada qısa müddətdə 300 hektar sahədə yeni fındıq bağları salınıb

A+ A

Zaqatala, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində məqsədyönlü iş aparılır. Qısa müddətdə rayon ərazisində 300 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş sürətlə davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla, ümumiyyətlə, yaxın illərdə rayon ərazisində 10 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. İlkin mərhələdə rayonda fındıq əkinləri ilə əlaqədar 1086 hektar torpaq sahəsi ayrılıb. Ayrılmış torpaq sahəsinin 449 hektarı kol-kosdan təmizlənib, 545 hektarı şumlanıb, 360 hektar sahə malalanıb. Fındıq əkini ilə əlaqədar mövcud fındıq bağlarından indiyədək 180 min ədəd pöhrə tədarük olunub.

Eyni zamanda, rayonun Dağlı kəndinın yaxınlığındakı dövlət fonduna aid 200 hektar sahədə fındıq bağının salınması istiqamətində də iş aparılır. İndiyədək həmin ərazidə 140 hektar sahə şumlanıb, 120 hektar sahə malalanıb, suvarma kanallarının təmizlənməsinə başlanılıb. Artıq bu ərazidə də 38 hektar sahədə fındıq əkini işlərinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.