REGİONLAR
Zaqatalada taxıl istehsalı ötən illə müqayisədə 3,8 min ton artıb
Zaqatala, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun taxılçıları üçün builki mövsüm çox uğurlu olub. Belə ki, fermerlər 12 min 221 hektar taxıl sahəsindən 37 min 965 ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3,8 min ton artıb. Hər hektardan orta məhsuldarlıq 31,1 sentner təşkil edib. Məhsuldarlıq ötən illə müqayisədə 3 sentner artıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, tədarük olunan taxılın 26 min 933 tonu buğda, 11 min 32 tonu isə arpadır.
Artıq təsərrüfatlarda payızlıq dənlilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]