REGİONLAR


Zaqatalada taxıl sahələrinin hər hektarından orta hesabla 31,2 sentner məhsul götürülür

A+ A

Zaqatala, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil qaydada davam etdirilir. Taxıl əkilmiş 12 min 221 hektar sahənin 10 min 539 hektarında biçin başa çatdırılıb, 31 min 880 ton ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 31,2 sentner məhsul götürülüb.

Bu barədə AZƏRTAC-a rayon statistika idarəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, tədarük olunan taxılın 21 min 718 tonu buğda, 10 min 162 tonu isə arpadır.

Hələlik rayonun təsərrüfatlarında 1700 hektara yaxın biçilməmiş taxıl sahəsi var. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.

Taxıl biçininin iyulun 20-dək başa çatdırılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.