REGİONLAR


Zaqatalada uşaqlara əsil bayram sevinci bəxş olunub

Zaqatala, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Zaqatalada təşkil edilən silsilə bayram tədbirləri balacalara xoş əhval-ruhiyyə, əsil əyləncə yaşadıb.

AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Zaqatala şəhərindəki “Tumurcuq” uşaq bağçasında təşkil edilən bayram şənliyində rayonda fəaliyyət göstərən uşaq bağçalarının kollektivləri təqdim etdikləri rəngarəng konsert proqramı ilə tədbir iştirakçılarına, valideynlərə xoş anlar bəxş ediblər.

Çıxış edənlər dövlətimiz tərəfindən uşaqlara daim yüksək diqqət və qayğı göstərildiyini, onların sağlamlığının qorunması, təlim-tərbiyəsi və təhsili sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, hər cür şəraiti olan bu uşaq bağçası da Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə şəhərin Dədə Qorqud Meydanında da uşaqlar üçün “Dünyaya sülh bəxş edək” adlı bayram tədbiri keçirilib. Tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgilərlə tanış olub, balaca musiqiçilərin ifalarına qulaq asıblar.

Əlamətdar bayram münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkındakı attraksion və yelləncəklər iyunun 1-də günün ikinci yarısında uşaqlara pulsuz xidmət göstərib.

Parkda təşkil edilən bayram tədbirində uşaq incəsənət məktəbinin kollektivi maraqlı konsert proqramı ilə hamıya xoş ovqat bəxş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.