REGİONLAR
Zaqatalada yazlıq bitkilərin əkin sahəsi 140 hektaradək artırılıb
Zaqatala, 5 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi məqsədilə son illər Zaqatala rayonunda pay torpaqlarından istifadənin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir. Ötən il rayonda bitkiçilik məhsullarının əkini üçün 31 min 130,5 hektar torpaq sahəsindən istifadə olunub. Əkin sahələri əvvəlki illə müqayisədə 77,5 hektar artırılıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Keçən il rayonda yazlıq bitkilərin əkin sahələri 2015-ci ilə nisbətən 131,5 hektar genişləndirilərək 14 min 796,5 hektara çatdırılıb. Ən çox artım tütünçülükdə qeydə alınıb. Belə ki, 2016-cı ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 133,5 hektar artırılaraq 601,5 hektar təşkil edib.